“Qəbələ” komandası Rusiyanın “Krasnodar” kollektivi ilə qarşılaşır
Dekabrın 10-da “Qəbələ” komandası futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Rusiyanın “Krasnodar” kollektivi ilə qarşılaşır.

“Bakcell Arena”da keçirilən oyunda “Qəbələ”nin start heyətində Andrey Popoviç, Voyislav Stankoviç, Rikardinyo, Arif Daşdəmirov, Rafael Santos, Dodo, Aleksey Qay, Derlis Meza Kolli, Sergey Zenyov, Fakundo Pereyra, Aleksey Antonov meydana çıxıblar.

“Krasnodar”ın ilk on birliyində isə Andrey Dikan, Andreas Qranqvist, Vitali Kaleşin, Ranyar Siqurdsson, Pavel Mamaev, Odil Axmedov, Joazinyo, Mourisio Pereyra, Çarles Kabare, Sergey Petrov, Vanderson yer alıblar.

Xəbər 708 dəfə oxundu.