Millimiz seçmə mərhələyə qələbə ilə başlayıb
Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.

Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində İsveç millisi ilə qarşılaşan komandamız 8:2 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Eduardo Mello Borges het-trik, Vitali Borisov isə dubl edib. Hərəyə 1 dəfə Vieira Da Silva Augusto Cesar, Amadeu Fernandes da Silva və Fineo de Araujo fərqlənb.
Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzada faciəli şəkildə dünyasını dəyişmiş şəxslərin xatirəsini yad etmək məqsədilə millimizin üzvləri meydançaya qara sarğı ilə çıxıblar.

Futzalçılarımız növbəti oyununu dekabrın 11-də, Bakı vaxtı ilə saat 20:30-da Belarus yığmasına qarşı keçirəcək.

Xəbər 782 dəfə oxundu.