“Qarabağ”ın müdafiəçisi Ukraynaya getdi
“Qarabağ” klubunun futbolçusu Ansi Aqolli komandadan ayrılıb. İdman.com.az saytının məlumatına görə, albaniyalı müdafiəçi karyerasını Ukraynada davam etdirəcək. Bu ölkədən olan həmkarlarımızın onun “Krivbass”a keçdiyini iddia edir.

Onların yazdığına görə, il yarımdır “Qarabağ”da icarədə olan Ansi yenidən müqavilə ilə bağlı olduğu Krivoy-Roq təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, 2010-cu ilin yayında “Qarabağ”a transfer olunan Aqolli Azərbaycan Premyer Liqasında 46 oyun keçirib və 1 qol vurub.

Xəbər 910 dəfə oxundu.