Azərbaycan I Divizionun XII və XIII turunun oyun cədvəlində dəyişiklik edilib
Futbol üzrə Azərbaycan I Divizionun XII və XIII turunun oyun cədvəlində dəyişiklik edilib.

Belə ki, XII turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyunu canlı yayımla əlaqədar olaraq, 13 dekabr tarixdən 14 dekabr tarixinə keçirilib. XIII turun “Turan Tovuz” – “Zaqatala”, “Qaradağ Lökbatan” – “Ağsu” matçları isə 17 dekabrda deyil, bundan bir gün sonra baş tutacaq.

Xəbər 694 dəfə oxundu.