“Anderlext”-“Qarabağ” futbol oyununa 17 min bilet satılıb
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turu çərçivəsində Belçikanın “Anderlext” klubu ilə Ağdamın “Qarabağ” komandası arasında keçiriləcək oyuna bilet satışı davam edir.

Hazırda bu görüş üçün satışda cəmi 1500 bilet qalıb. Onların da qiyməti 30-45 avro (12 yaşadək uşaqlar üçün 20 avro) təşkil edir. Bir sözlə, oyuna 17 min bilet satılıb.

Qeyd edək ki, matçın keçiriləcəyi “Konstant Vandenstok” stadionu 28 min azarkeş tutumuna malikdir. Amma avrokubok oyunlarında arenanın tutumu 21 min 845 nəfər olur. Həmçinin, qonaq komanda üçün nəzərdə tutulan fan-sektorun boş qalacağı da bildirilir.

“Anderlext”-“Qarabağ” matçı bu gün gecə saat 00:05-də start götürəcək.

Xəbər 798 dəfə oxundu.