"Şəmkir" XII turun matçına 4 itki ilə çıxacaq
Azərbaycan I Divizionun XII turunda doğma meydanda "Şərurspor"u qəbul edəcək "Şəmkir" hazırlıqlarını davam etdirir.

"Şəmkir"də cəzalı olan Viqar Əlibabayev, Rəhman Şabanov, Cavid Mirzəyev və Bəhruz Teymurov bu matçda komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "Şəmkir" - "Şərurspor" matçı dekabrın 13-də baş tutacaq.

Xəbər 655 dəfə oxundu.