“Azərbaycana 4 qol vurmaq böyük nailiyyət sayılır”
Serbiya yığmasının futzalçısı Vidan Bojoviç Azərbaycanla oyunu unuda bilmir. İdman.com.az saytının məlumatına görə, hücumçu Xorvatiyada davam edən final mərhələsində millimizə 9:8 hesabı ilə qalib gəldikləri qrup oyunda pokerə imza atıb. Bununla da Vidan 4 qolla turnirin bombardirlər siyahısına başçılıq edir. Həmin matçda avtoqol da edən hücumçu təəssüratlarını bölüşüb:

“Mən indiyə kimi emosiyalarla doluyam. Axı, ötən il Avropa çempionatının yarımfinalçısının qapısına 4 qol vurmaq elə də asan deyil. Əlbəttə, Avropa çempionatında 4 qol böyük nailiyyət sayılır. Bu, sanki yuxuda idi! Azərbaycanla oyun yığmamın formasında ən yaxşı oyunum idi”.
Qeyd edək ki, yığmamızla qalib gəlməklə 1/4 finala çıxan serblər Rusiya ilə görüşəcək.

Xəbər 1198 dəfə oxundu.