​"Xəzər Lənkəran" heyətini 6 yeni futbolçu ilə gücləndirəcək
"Xəzər Lənkəran" klubu qış transfer pəncərəsində heyətini 6 yeni futbolçu ilə gücləndirəcək.

Onlardan 2-si müdafiəçi, 2-si yarımmüdafiəçi, 2-si isə hücumçu olacaq. Artıq iki legioner futbolçu ilə danışıqlar aparılır. FİFA-nın transfer qadağası üzündən keçidi yayda alınmayan xorvatiyalı yarımmüdafiəçi Samin Muminoviç və adı açıqlanmayan serbiyalı hücumçu qışda komandaya qoşulacaq.

Digər 4 futbolçunun axtarışı isə Nigeriya və Ukraynada aparılır.

Xəbər 656 dəfə oxundu.