PFL prezidenti: "Qar yağsa, futbol olmayacaq"
Fevralın 10-da start götürəcək Unibank Premyer Liqasının XIX turunun oyunları təxirə salına bilər. İdman.com.az saytının məlumatına görə, bu barədə qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
PFL başçısı matçların baş tutmasının ilk öncə stadionların vəziyyətindən asılı olacağını bildirib:

"Hansı stadionun vəziyyəti normal olarsa, yəni meydançanın xəttlərini görməkdə çətinlik yaranmasza, həmin arenada oyunlar keçiriləcək. Yox, əgər meydançaları qar örtərsə, oyunlar təxirə salınacaq".
Növbəti turda "Xəzər Lənkəran"ı qəbul edəcək "Turan" klubunun stadionun bərbad vəziyyətdə olması ilə bağlı müraciətinə də münasibət bildirən R.Musayev, həmin görüşün keçirilməsinin sabahkı hava şəraitindən asılı olduğunu vurğulayıb.

Qeyd edək ki, sinoptiklər isə bu gecədən başlayaraq ölkə ərazisində yenidən qar yağacağı və çovğun olacağını proqnozlaşdırır.

Xəbər 1053 dəfə oxundu.