Fateh Terim kimləri komandada görmək istəmir?
“Qalatasaray” rəhbərliyi heyətlə bağlı növbəti böyük islahatların planını hazırlayıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Fateh Terimin “qara siyahı”sına düşərək, cari mövsümün sonunda yollarını ayıracağı futbolçuların adları indidən məlum olub.

Bunlar arasında ən diqqəti çəkənlər uzun illərdir “Cim Bom”da oynayan təcrübəli futbolçular - Sərvət Çətinlə yarımmüdafiəçi Ayxan Ağmandır. Terimin istəyi ilə Sərvətə təşəkkür edəcək rəhbərlik onun yerinə alternativ müdafiəçi axtaracaq. Müdafiəçidən əvvəl “Qalatasaray”da oynayan, kapitan olan Ayxana yeni müqavilə təklif edilməyəcək. Əsas heyətdə yer almayan qapıçı Aykut Ərçətinin yerinə isə yeni transfer edilməyəcək və “Cim Bom” ikinci komandasının qapıçısı Əray İşçanla yoluna davam edəcək.

İstanbullular Terimin baş məşqçi postuna qayıdışından sonra heyətdən çıxardığı Sərdar Qurtuluşu qış transfer dövründə satmaq istədə də, buna nail olmadı. Gənc futbolçu mövsümün sonunda dəqiq göndəriləcək. Məhməd Batdalın satmaq əvəzinə icarəyə verilməyi gözlənilir.

Aydan Yılmazın isə satılmağı təklifi dəyərləndiriləcək. Legionerlərə gəlincə, Terim ispan yarımmüdafiəçi Albert Rieranın gedişi ilə bağlı rəhbərliyə müsbət cavab veribsə, çex hücumçu Milan Baroşla bağlı qərarını mövsümün sonunda bildirəcək.

Xəbər 1155 dəfə oxundu.