“Azərreyl” voleybol komandası “Dinamo Kazan” klubunu qəbul edib
Dekabrın 9-da Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu Çempionlar Liqası yarışlarında növbəti oyununu keçirib.

“Azərreyl” komandası turnirin dördüncü turu çərçivəsində Azərbaycan Voleybol Mərkəzində Rusiyanın “Dinamo Kazan” klubunu qəbul edib.

Çexiyalı baş hakim Karina Zahoroçovanın idarə etdiyi görüşün ilk seti “Dinamo Kazan”nın 25:20 hesablı üstünlüyü ilə yekunlaşıb. Oyunun ikinci setində “Azərreyl” rəqibindən üstün olub - 25:21. “Dinamo Kazan” komandası üçüncü seti 25:21 hesabı ilə öz xeyrinə başa vurub. Dördüncü setdə də Rusiya təmsilçisi fərqlənib – 25:17

Beləliklə, görüş “Dinamo Kazan”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Azərreyl” komandası doğma meydanda keçirdiyi oyunlarda “Alyants Ştutqart”a 3:0 hesabı ilə qalib gəlsə də, Bakının “Lokomotiv” klubuna 1:3 hesabı ilə uduzub. “Azərreyl” səfərdə “Dinamo Kazan”a 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər oyunu isə Almaniyada “Alyants Ştutqart” və Bakının “Lokomotiv” komandaları arasında keçiriləcək.

Xəbər 724 dəfə oxundu.