İdmançımız pauerliftinq üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb
Çexiyanın paytaxtı Praqada pauerliftinq üzrə dünya kuboku yarışları keçirilir.

Turnirdə ölkəmizi dəfələrlə dünya və Avropa çempionu olmuş Bəxtiyar Quliyev təmsil edib.

Turnirdə 110 kiloqram çəki dərəsində çıxış edən idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bəxtiyar Quliyev 366 kiloqram nəticə ilə dünya rekordunu yeniləyib və mütləq qələbə qazanıb.

Dünya kuboku yarışlarına dekabrın 10-da yekun vurulacaq.

AZƏRTAC

Xəbər 823 dəfə oxundu.