“Neftçi”nin hücumçusu “Belçika gözəli” müsabiqəsində
“Neftçi” klubunun futbolçusu Emil Mpenza özünə yeni əyləncə tapıb. İdman.com.az saytının məlumatına görə, bakılıların transferə çıxardığı 34 yaşlı veteran hücumçu vətənində keçirilən “Belçika gözəli” müsabiqəsinin final mərhələsinin fəxri qonaqları sırasında olub.

Belçika milli komandasının sabiq futbolçusu yarışmaya qatılan gözəllərlə şəkil də çəkdirib. Onlardan biri – Dərya Palaçla Emilin birgə şəkilləri isə Belçika mətbuatını bəzəyib.

Xəbər 971 dəfə oxundu.