Dünya Kubokunda uğurlu start
Xəbər verdiyimiz kimi Meksikanın Mexiko şəhərində Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən milli komandalar arasında Dünya kuboku keçirilir.08-09 dekabr tarixlərində davam edəcək yarışın ilk günü, kişilərdən ibarət yığma komandamız uğurlu çıxış edib.

Belə ki,baş məşqçi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov,Ayxan Tağızadə,Sina Bahrami,Səid Quliyev,Milad Beigi Hərçəqanı və Radik İsaev ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib.Qarşılaşmada milli komandamız 57-31 hesabı ilə qalib gəlib.Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31-11) qrup mərhələsində yerlərini möhkəmlətmiş olublar.Xatırladaq ki,milli komandamız, İran,Özbəkistan və Belçika komandaları ilə bir qrupda mübarizə aparır.

Yarışın ikici günü isə taekvondoçularımız İran yığma komandasına qarşı keçirəcək.

Xəbər 714 dəfə oxundu.