“Qalatasaray” klubu çıxışını Avropa Liqasında davam etdirəcək
Dekabrın 8-də futbol üzrə Çempionlar Liqasında dörd qrup üzrə son turun oyunları keçirilib.

“Real” (Madrid), PSJ (Fransa), “Volfsburq” (Almaniya), PSV (Hollandiya), “Benfika” (Portuqaliya), “Atletiko” (Madrid), “Yuventus” (İtaliya), “Mançester Siti” (İngiltərə) turnirin play-off mərhələsinə vəsiqə qazanıblar.

İngiltərənin “Mançester Yunayted”, Türkiyənin “Qalatasaray”, Ukraynanın “Şaxtyor” və İspaniyanın “Sevilya” klubları isə növbəti mərhələdən kənarda qalıb və mübarizəni Avropa Liqasında davam etdirəcəklər.

Xəbər 561 dəfə oxundu.