Sərbəst güləşçilərin reytinq siyahısında lider - Hacı Əliyev
Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Sərbəst güləşçilərimizdən 13 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ötən ay Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimizin qazandığı 3 qızıl, 4 gümüş və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.

Dünya çempionatında qızıl medal qazanmaqla, sərbəst güləş tariximizdə ilk ikiqat Dünya çempionu adına sahib olan Hacı Əliyev Qızıl Qran Pri turnirini də qalib tamamlamaqla öz çəki dərəcəsində reytinqdəki mövqeyini gücləndirib. Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədov (125 kq) Qızıl Qran Pri turnirində də analoji nəticəni göstərib və reytinqdə ikinciliyini qoruyub. Mövqeyini dəyişməyən daha bir güləşçimiz Olimpiadanın ikiqat bürünc medalçısı, Dünya və üçqat Avropa çempionu Xetaq Qazyumovdur (97 kq). O reytinqdə 3-cü yerdə qərarlaşıb.

Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifov isə müvafiq olaraq bir pillə irəliləyiblər. Qızıl Qran Pri turnirinin gümüş mükafatını qazanan təmsilçilərimiz 4-cü və 6-cı yerə yüksəliblər.

57 kq
15. Mahir Əmiraslanov - Qızıl Qran Pri 3-cü yer (18)

61 kq
1. Hacı Əliyev - Qızıl Qran Pri 1-ci yer (1)

65 kq
4. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (5)
18. Coşqun Əzimov - Əli Əliyev turniri 1-ci yer (nr)

70 kq
10. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (8)

74 kq
13. Cəbrayıl Həsənov - Qızıl Qran Pri 1-ci yer (20)

86 kq
5. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (5)
13. Aleksandr Qostiyev - Qızıl Qran Pri 1-ci yer (nr)
16. Nurməhəmməd Hacıyev - Qızıl Qran Pri 2-ci yer (nr)

97 kq
3. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (3)
6. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (7)
20. Aslanbek Alborov - Qızıl Qran Pri 3-cü yer (nr)

125 kq
2. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (2)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Xəbər 696 dəfə oxundu.