Qadın güləşçilərimiz açıq Rusiya Kuboku yarışında iştirak edir
Dekabrın 10-11-də Çuvaş Respublikasının paytaxtı Çeboksari şəhərində Çuvaş Respublikasının başçısının mükafatı uğrunda qadın güləşi üzrə açıq Rusiya Kuboku yarışları keçiriləcək.

Turnirdə Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançıların iştirakı gözlənilir.

Rusiya Kuboku yarışlarında 8 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Ölkəmizi turnirdə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (58 kq) təmsil edəcək. Turnirin ümumi mükafat fondu 120 min dollardır.

Proqrama əsasən, dekabrın 10-da bütün çəki dərəcələrində ilkin və təsəlliverici görüşlər, dekabrın 11-də isə final görüşləri keçiriləcək.

Xəbər 765 dəfə oxundu.