Xaçmazda kikboksinq üzrə turnir keçirilib
Azərbaycan Kikboksinq Federasiyasının, “Xaçmaz” kikboksinq klubunun və Xaçmaz İdman və Gənclər İdarəsinin birgə təşkilatçılığı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turniri keçirilib.

Yarış bu günlərdə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dünyasını dəyişən neftçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlanıb.

Turnirdə 10-a yaxın klubun idmançıları öz qüvvələri sınayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə görə, “Ağsu” kikboksinq klubu birinci, “Qarabağ” ikinci, “Quba” klubu isə üçüncü yerə çıxıb.

Sonda qalib idmançılar mükafatlandırılıb.

Xəbər 1564 dəfə oxundu.