“Neftçi” futbol klubunun qış hazırlıq planı müəyyənləşib
Bakının “Neftçi” futbol klubunun qış hazırlıq planı müəyyənləşib. “Neftçi” yanvarın 4-5-də Bakıda bir araya gələcək.

Yanvarın 10-da isə komandamız Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Bakı təmsilçisinin Antalyada 2 həftəlik hazırlıq keçməsi nəzərdə tutulub. Orada “Neftçi” 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Xəbər 686 dəfə oxundu.