Superliqa: «Lokomotiv» liderlik şansını əldən verdi
ekabrın 1-də Voleybol Mərkəzində qadın voleybolçuların superliqa yarışlarının növbəti turunda bir oyun keçirilib. Turnirin lideri «Lokomotiv» «Gənclik» komandasına maksimum hesabla qalib gəlib (25:12, 25:23, 25:13).

Ertəsi gün «Gənclik» həmin voleybol arenasında növbəti məğlubiyyət acısını yaşayıb. Bu dəfə gənc qızlar «Azərreyl»ə elə dünənki hesabla məğlub olublar- 9:25, 15:25, 5:25. Qadın voleybolmuzun gələcəyini təmsil edən oyunçulardan ibarət olan bu komanda dekabrın 4-də superliqada daha bir məğlubiyyətlə üzləşib. Bu dəfə gənclər klubu «Telekom»a yenə də maksimum hesabla uduzub – 17:25, 19:25, 15:25. Bu qələbədən sonra rabitəçilər turnir cədvəlində mövqelərnin möhkəmlədiblər. Dekabrın 6-da «Azərreyl»ə maksimum hesabla ( 17:25, 18:25, 21:25) məğlub olmaqla «Lokomotiv» əldən verib - dəmiryolçuları, baş məşqçisini dəyişən turun lideri olmaq fürsətini «Azəryol» məğlub edib. Sükanı Aleksandr Çervyakovdan təhvil alan Ziya Rəcəbovun komandaya rəhbərliyi uğurla başlanıb. «Azəryol» dəmiryolçulara 3:0 (25:18, 25:19, 26:24) qalib gəlib.

Bu turdan sonra yarış cədvəlinə yenə də «Telekom» başçılıq edir. Rabitəçilərin 7 oyundan 14 xalı var. «Lokomotiv» 13 xalla 2-cidir. 7 oyundan bu qədər xal toplamış «Azərreyl» 3-cü pillədə qərarlaşıb.

Xəbər 702 dəfə oxundu.