Qədir Hüseynov İsraildə keçirilən beynəlxalq turnirdə iştirak edir
Bu gün İsrailin Aşdod şəhərində Peşəkar Şahmat Assosiasiyasının təşkil etdiyi sürətli şahmat üzrə beynəlxalq turnir start götürür. Turnirdə ölkəmizi beynəlxalq qrossmeyster Qədir Hüseynov təmsil edəcək.

Yarışda A və B qruplarında ümumilikdə dünyada tanınmış 12 zəka sahibi mübarizə aparacaq. “A” qrupunda təmsilçimizlə yanaşı D.Yakavenko, Y.Nepomniyaşiy (hər ikisi Rusiya), S.Sevyan (ABŞ), K.Qeorqiev (Bolqarıstan), B.Qelfand (İsrail), B qrupunda - İ.Smirin, E.Sutovski (hər ikisi İsrail), V.İvancuk, P.Elyanov (Ukrayna), E.Bakro (Fransa) və R.Rapport (Macarıstan) iştirak edirlər.

Turnir dairəvi sistem üzrə keçirilir və dekabrın 10-da başa çatacaq.

Xəbər 648 dəfə oxundu.