Azərbaycan atletləri Vətənə qayıdıblar
ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatlarında iştirak edən Azərbaycan yığması Bakıya qayıdıb.

İdmançıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyi, Azərbaycan Ağır Atletika Federasiyasının və “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri qarşılayıblar.

Xatırladaq ki, idmançılarımız ABŞ-da keçirilən bu yarışlarda gələn il Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına 4 lisenziya qazanıblar.

Xəbər 834 dəfə oxundu.