“Bakı”nın futbolçuları seçimlərini etdilər | |
“Bakı” klubunun qış fasiləsində transfer etdiyi yeni futbolçuların çıxış edəcəkləri formaların nömrələri məlum olub. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandaya gələn 4 legioner artıq seçimlərini ediblər. Xorvatiyalı müdafiəçi Duye Bakoviç 2, yarımmüdafiəçilər - sloveniyalı Mario Horvat 10, serbiyalı Nenad Kovaçeviç 24, ispan hücumçu Koke 98 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, “Bakı”da cari mövsümdə bu nömrələri daşıyan futbolçular olmayıb. |
|
Xəbər 921 dəfə oxundu. |
|
|