Kirsan İlyumjinov istefa verdi
Dünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov istefa verib. Bu barədə qərar dünən Federasiyanın İdarə Heyətinin toplantısında qəbul olunub. Yunanıstanda keçirilən toplantıdan sonra Federasiya rəsmi məlumat yayıb.

1995-ci ildə Federasiyaya rəhbərlik edən rusiyalı biznesmenin vəzifəsini İdarə Heyətinin razılığı ilə Yunanıstan Şahmat Federasiyasının prezidenti Georgios Makropoulos icra edəcək.

Xəbər 801 dəfə oxundu.