“Qarabağ” növbəti qələbəsini qazandı
Topaz Premyer Liqasının XV turunda “İnter”i məğlub edən “Qarabağ” növbəti 3 xalı aktivinə yazdırdı.

Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Baş vermiş faciə ilə bağlı başsağlığı verirəm. Oyuna gəldikdə, yaxşı çıxış etmədik, ötürmələr qeyri-dəqiq idi. Zədə və cəza probleminə görə oynamayanlar qayıdacaqlar. Sərgilədiyimiz futbolu düzəltməliyik. Biz çox toplar itirdik, mübarizəyə girə bilmirdik. “Qarabağ”la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Düşünürəm ki, düzgün komplektləşmiş bir komandaya qarşı çıxış etdik və çox vacib bir qələbə qazandıq. Bu gün oyunçular səbrli idilər, tələsmədilər. Daninin yaxşı qolu ilə qələbə qazandıq. Oyunda etdiyim dəyişikliklər əvvəlcədən planlaşdırılmışdı. Matç da buna uyğun idi. Topla daha çox davrana bildik. Rəqib səni məcbur edəndə top itkiləri olur. Amma elə epizodlar var ki, soyuqqanlı davranmalısan”.


Xəbər 730 dəfə oxundu.