Stenli Brard «Qəbələ»dən ayrılır
"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brard "qırmızı-qaralar"dan ayrılır. 2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın "Noqoya Qrampus" klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək Brardla "Qəbələ" arasındakı müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Xatırladaq ki, Stenli Brard 2013-cü ilin aprel ayından "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edirdi.

"Qəbələ" İdman Klubu Stenli Brarda futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

Xəbər 732 dəfə oxundu.