“Telekom” komandası “Gəncliy”ə qalib gələrək turnir cədvəlinin birinci pilləsinə yüksəlib | |
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında beşinci tur çərçivəsində bir oyun keçirilib. Azərbaycan Voleybol Mərkəzində “Telekom” və “Gənclik” komandaları qarşılaşıb. Görüş Çempionlar Liqası yarışlarında mübarizə aparan təmsilçimiz “Telekom”un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə “Telekom” 14 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Lokomotiv” 13 xalla ikinci, “Azərreyl” isə 10 xalla üçüncü pillədə qərarlaşıb. |
|
Xəbər 656 dəfə oxundu. |
|
|