“Rabitə”nin baş məşqçisi: Komanda şəkilində yaxşı oynamalıyıq
“Biz Polşada ən yaxşı oyunumuzu oynamadıq. Əlbəttə ki, azarkeşlərimizi sevindirə biləcək gözəl oyun sayəsində evdə məğlubiyyətin əvəzini çıxa bilərik”. İdman.com.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib. Serbiyalı mütəxəssis fevralın 9-da Avropa Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları “Atom”la (Polşa) cavab oyunu barədə fikirlərini açıqlayıb.

Qayiç bildirib ki, komanda oyunu sayəsində mərhələ adlamaq çətin olmayacaq: “Atom” güclü rəqibdir. Bizi onlarla Bakıda da çox gərgin oyun gözləyir. Biz özümüzün möhtəşəm, fərdi keyfiyyətlərimizi nümayiş etdirməliyik. Həmçinin, komanda şəkilində yaxşı oynamalıyıq”.
Qeyd edək ki, “Atom” ilk matçda 3:1 hesabı ilə qələbə qazanıb.

Xəbər 1131 dəfə oxundu.