Azərbaycan Avtomobil Federasiyası FIA-nın mobillik sahəsi üzrə üzvü oldu
Bakıda keçiriləcək “Formula 1” yarışı Parisdə müzakirə edilir

Parisdə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının 2015-ci il üzrə illik iclası keçirilir.

İclasda Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Federasiyanın nümayəndələri iştirak edirlər.

Azərbaycan Avtomobil Federasiyası iclasda FIA-nın mobilik sahəsi üzrə üzvü seçilib.

Beynəlxalq Avtomobil Federasiyasının üzvü olan Azərbaycan Avtomobil Federasiyası bundan sonra, həmçinin yol hərəkəti təhlükəsizliyi, avtomobil turizmi kimi beynəlxalq layihələr həyata keçirəcək.

Mobillik avtomobil sahəsinə aid bütün mövzuları özündə cəmləşdirir. Buraya təhlükəsizlik, ətraf mühit, turizm və s. kimi önəmli sahələri aid etmək olar. Mobillik siyasətinin başlıca məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır.

FIA-nın Parisdəki Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan Avtomobil Federasiyası Bakıda 2016-cı ildə keçiriləcək “Formula 1”in təşkilatçısı kimi yarışa hazırlıqla bağlı bir sıra görüşlər keçirib.

AZƏRTAC

Xəbər 1819 dəfə oxundu.