FİFA-nın iki məmuru reketlik etdiklərini rəsmən etiraf ediblər
FİFA-nın sabıq vitse-prezidenti Ceffri Uebb və icraiyyə komitəsinin üzvü, eyni zamanda Kolumbiya futbol Federasiyasının sabiq rəhbəri Luis Bedoyya dələduzluq və reketliklə məşğul olduqları ilə bağlı günahlarını etiraf ediblər.

Günahını etiraf edən Ceffri Uebb 6,7 milyon dollar məbləğdə olan vəsaitinin müsadirəsinə razılıq verib. Luis Bedoyya isə İsveçrə bankında olan bütün hesabının təhvil verməklə cinayət əməlinin yüngülləşdirilməsinə ümid bəsləyir.

Ali qurumun digər qalmaqallı məmuru, argentinalı Alexandro Bursako da reketlik, dələduzluq və çirkli pulların yuyulması kimi əməllər ilə məşğul olduğunu qəbul edib. O da digərlərindən geri qalmayaraq 21,6 milyon dolların qaytaracağına razı olub.

Xatırladaq ki, ötən gün Sürixdə FİFA-nın 15 məmuru həbs olunub. Saxlananlar arasında icraiyyə komitəsinin üzvləri olan Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsi dövlətləri konfederasiyasının (KONKAKAF) prezidenti Alfred Xavit, Cənubi Amerika konfederasiyasının (KONMEBOL) rəhbəri Xuan Anxel Napout da var.

Xəbər 631 dəfə oxundu.