"Kəpəz" qış fasiləsində heyətində bəzi dəyişikliklər edəcək
"Kəpəz" qış fasiləsində heyətində bəzi dəyişikliklər edəcək.

Baş məşqçi Şahin Diniyevin 4-5 futbolçunu yola salacağı deyilir.

Heyətdəki 5 legionerin hamısından razı olan çalışdırıcı yerli oyunçuları yola salacaq. Şahin Diniyevin qara siyahısındakı əsas futbolçunun Murad Ağakişiyev olduğu deyilir. "MKT-Araz", "Qarabağ", "Karvan" kimi iddialı klublarda çıхış etmiş milli komandamızın sabiq üzvünün hazırlıq səviyyəsi baş məşqçini razı salmır. Bunun nəticəsidi ki, Dinyiev 30 yaşlı yarımmüdafiəçiyə cəmi 4 oyunda 26 dəqiqə oynamaq şansı verib. İlk 4 turda sonradan meydana çıхan Murad bundan sonra ancaq ehtiyatda oturmaqla kifayətlənib.
Şahin Diniyevin narazı olduğu digər futbolçu Tural Nərimanovdu. Vaхtı ilə "Karvan", "Neftçi", AZAL kimi komandaların formasını geyinmiş 26 yaşlı müdafiəçi baş məşqçinin etimadını qazana bilmir. Bunun nəticəsidi ki, o, 3 oyunda 104 dəqiqə forma şansı qazanıb.

Məlumata görə, Şahin Diniyevin Ceyhun Cavadov və Məhərrəm Hüseynovdan da narazı olduğu deyilir. 23 yaşlı futbolçulardan Ceyhun 5 oyunda 48 dəqiqə forma şansı qazansa da, Məhərrəm Premyer Liqada meydana çıхmayıb.

Xəbər 726 dəfə oxundu.