Azərbaycan Kuboku, “Qəbələ” “Mil-Muğan”ı məğlub etdi
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qəbələ” I Divizion təmsilçisi “Mil-Muğan”ı 7-0 hesabı ilə məğlub etdi.

Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Hər bir oyunda qazanılan qələbə önəmlidir. İstənilən qələbə psixoloji cəhətdən komandaya kömək edir. Bu baxımından rəqibin fərqi yoxdur. 9 oyundur qələbə qazana bilmirdik. 9 oyundan 7-də biz istədiyimiz kimi oynamışıq. Yaxşı hücumlar qurmuşuq, sadəcə, qələbə qazana bilməmişdik. Düşünürəm ki, bu seriya “Mil-Muğan”la oyunla yekunlaşır. İstərdim ki, bu qələbə ilə başımıza gələn bütün pisliklərin “boynunu buraq”.

Elşən Hüseynov (“Mil-Muğan” məşqçisi): “Qəbələ” klubunu təbrik edirəm. Hava şəraitinə hazır deyildik, bundan əlavə əsas heyətin 6 futbolçusu “Qəbələ”yə qarşı oynaya bilmirdi. Rəqib güclü komandalardan biri idi, biz bu oyuna nəzərən səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.

Xəbər 674 dəfə oxundu.