Beynəlxalq şahmat Federasiyası şahmatçıların reytinq siyahisini açıqlayıb
Beynəlxalq şahmat Federasiyası dekabr ayının 01-nə olan şahmatçıların reytinq siyahisini açıqlayıb.

Ölkələrin reytinq cədvəlində Azərbaycan 172 ölkə arasında 9-cü pillədədir.

Dünyanın ilk 100 ən güclü şahmatçıları arasında 4 şahmatçımız yer alıb. Təmsilçilərimizdən ən yüksək reytinqə malik Şəhriyar Məmmədyarov 2748 əmsalla 4 pillə irəliləyərək 16-cı, Teymur Rəcəbov isə 2726 əmsalla 28-ci pillədə, Arkadi Naydiç 2698 əmsalla 45-ci pillədə qərarlaşıb. Həmçinin Eltac Səfərli də 2653 əmsalla 100-cü pillədə qərarlaşıb.

Sürətli şahmat üzrə Dünyanın ən güclü şahmatçıları siyahısında beynəlxalq qrossmeystr Teymur Rəcəbov 2788 əmsalla 8-ci, Şəhriyar Məmmədyarov 2784 əmsalla 11-ci, Qədir Hüseynov isə 2739 əmsalla 25-ci, Rauf Məmmədov 2686 əmsalla 63-cü, Arkadi Naydiç isə 2666 əmsalla 90-cı yerdədir.

Blits üzrə isə beynəlxalq qrossmeyster Teymur Rəcəbov 2800 əmsalla ilk onluqdadır. Rauf Məmmədov 2769 əmsalla 17-ci , Şəhriyar Məmmədyarov 2748 əmsalla 22-ci, Qədir Hüseynov 2686 əmsalla 63-cü,Eltac Səfərli 2677 əmsalla 70-ci yerdədir.

Beynəlxalq qrossmeyster Günay Məmmədzadə (2341 əmsal), beynəlxalq usta Ülviyyə Fətəliyeva ( 2295 əmsal) , FİDE ustası Aydan Höccətova (2288 əmsal) , beynəlxalq usta Səbinə İbrahimova (2199) və Fide ustası Aytən Əmrayeva(2198) 100 ən güclü şahmatçı qizlarin siyahisinda yer alıblar.

Oğlanlar arasında beynəlxalq qrossmeysterlər Nicat Abasov , Ülvi Bacarani və Kənan İzzət 100 ən güclü gənc şahmatçılar siyahısındadır.


Xəbər 1035 dəfə oxundu.