“Qarabağ”ın rəqibi Belçika kuboku yarışlarında iştirakını dayandırıb
Ağdamın “Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqibi Belçika kuboku yarışlarında iştirakını başa vurub.

Belçika kuboku yarışlarının 1/8 final mərhələsində “Anderlext” komandası səfərdə “Kortreyk”ə 2:4 hesabı ilə məğlub olub. Nəticədə, “Anderlext” kubokla vidalaşmalı olub.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki son oyununu məhz Belçikada “Anderlext”ə qarşı keçirəcək.

Xəbər 674 dəfə oxundu.