Unibank Premyer Liqasının 19-cu turu təxirə salına bilər
Azərbaycanın futbol üzrə milli çempionatının oyunları təxirə salına bilər. İdman.com.az saytı xəbər verir ki, yaxın gündə şaxtalı, qarlı və güclü küləkli hava şəraiti müşahidə olunarsa, həftəsonu Unibank Premyer Liqasının 19-cu turunun oyunları təxirə salınacaq və başqa vaxta keçiriləcək.

Qeyd edək ki, oyunlar fevralın 10-11-də baş tutmalıdı. 19-cu tur çərçivəsində fevralın 10-da AzAL (Bakı) - "Sumqayıt", "Qarabağ" (Ağdam) - "Simurq" (Zaqatala), fevralın 11-də isə "Turan" (Tovuz) - "Xəzər Lənkəran", "İnter" (Bakı) - "Rəvan" (Bakı), "Kəpəz" (Gəncə) - "Qəbələ", "Bakı" - "Neftçi" (Bakı) görüşləri keçirilməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, fevralın 7-si axşamdan Bakı ərazisində hava şəraiti yenidən kəskin soyuqlaşacaq və çovğun olacaq.

Xəbər 1040 dəfə oxundu.