Beynəlxalq Əlillər gününə həsr olunmuş turnir başlayıb
Dekabrın 3-də AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə start verilib.

Azərbaycan Texniki Universitetinin idman kompleksində təşkil olunan turnirin ilk oyun günü başa çatıb. İlk turda “Birlik” komandası “Şimşəy”ə 7:4, “Zirvə” klubu isə “Ümid”ə 13:2 hesabı ilə qalib gəlib.

Xəbər 622 dəfə oxundu.