Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulur
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulur. Son oyun günündə iki görüş keçiriləcək.

Öncə “Qəbələ” birinci divizion klubu “Mil-Muğan”ı qəbul edəcək.

1/8 final mərhələsinə “Rəvan” - “Bakı” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Kuboku
1/8 final
3 dekabr (cümə axşamı)

17:00. “Qəbələ" - "Mil-Muğan”
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu.

20:00. “Rəvan” - “Bakı”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov.
Bakı. “Bayıl Arena”.

Ötən gün baş tutan oyunların nəticələri: “Turan Tovuz” - “İnter” 1:3, “Neftçala” - “Sumqayıt” 0:1, AZAL - “Zirə” 1:2, “Xəzər Lənkəran” - “Kəpəz” 1:0, “Neftçi” - “Qaradağ-Lökbatan” 8:0, "Qarabağ” - “Şəmkir” 2:0.

Xəbər 646 dəfə oxundu.