Azərbaycan Kuboku, “Sumqayıt” “Neftçala”nı məğlub etdi
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Neftçala”nı məğlub edən “Sumqayıt” adını növbəti mərhələyə yazdırdı.

Vəfadar Quliyev (“Sumqayıt”ın məşqçisi): “Meydançanın vəziyyəti yaxşı deyildi. Ağır bir oyun oldu. Mən futbolçulara komandanın baş məşqçisi Samir Abasovun adından, eləcə də öz adımdan təşəkkür edirəm, rəqibə isə uğurlar arzu edirəm".

Kamal Quliyev (“Neftçala”nın baş məşqçisi): “Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular. Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, “Sumqayıt”la oyun bizim üçün sınaqdır. Bizim əsas məqsədimiz I Divizionun qalibi olmaqdır. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik”.

Xəbər 630 dəfə oxundu.