Aleksandr Starkov: Ötən il “Neftçi”nin bəxti gətirmədi
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov azerisport.az-a açıqlama verib. İdman.com.az saytnın məlumatına görə, həmkarımızla söhbətbə, mütəxəssis komandasının transfer siyasətindən və avrokuboklardakı uğurlu çıxış etmək şanslarından danışıb:

“Avrokuboklarda çox şey püşkdən asılıdır. Məsələn, ötən il “Neftçi”nin bəxti gətirmədi. Onlar Çempionlar Liqasının qrup mərhələsinə qədər irəliləyən Xorvatiya çempionuna, Zaqreb “Dinamo”suna rəqib olmuşdular. Fikrimcə, biz klubun transfer siyasətini davam etdirsək, hər şey yaxşı olacaq. Bəzi yerli futbolçularla güclənmək variantı var idi. Lakin onların öz klubları ilə müqavilələrinin olması keçiddə problem yaratdı. Yayda bu məsələyə yenidən qayıdacağıq”.

Xəbər 1081 dəfə oxundu.