Bu gün Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinə start veriləcək
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsinin oyunları başlanacaq.

Birinci oyun günündə 8 qarşılaşmadan 6-sı keçiriləcək.

Bir oyundan ibarət olan mərhələnin qalibi birbaşa dörddəbir finala vəsiqə qazanacaq. İlk iki matç Tovuz və Neftçala, sonrakı qarşılaşmalar isə Bakı və Lənkəranda oynanılacaq.

Bu gün “Turan Tovuz” – “İnter” (Bakı), “Neftçala” – “Sumqayıt”, AZAL (Bakı) – “Zirə”, “Xəzər-Lənkəran” – “Kəpəz” (Gəncə), “Qarabağ” (Ağdam) – “Şəmkir”, “Neftçi” (Bakı) – “Qaradağ-Lökbatan” görüşləri keçiriləcək. Kubok oyunlarına sabah təşkil olunacaq “Qəbələ" – "Mil-Muğan” (İmişli) və “Rəvan” (Bakı) – “Bakı” görüşləri ilə yekun vurulacaq.

Xəbər 687 dəfə oxundu.