Binəqədi rayonunda qaliblər mükafatlandırılıblar
Binəqədi rayonu 244 nömrəli tam orta məktəbdə payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında üçüncü yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru YəhyaAbbasov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, qalib komandanın üzvləri iştirak ediblər.

Çıxış edən natiqlər keçirilən tədbirin çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd edib, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik edib, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 569 dəfə oxundu.