Azərbaycan Açıq Dünya Çempionatında uğurla iştirak etdi
13-15 noyabr 2015-ci il tarixdə Ukrayna Respublikasının Xarkov şəhərində keçirilən Açıq Dünya Çempionatında və Beynəlxalq Seminarında Azərbaycan yığması uğurlu çıxış edib. Yarış Beynəlxalq Kempo-Karate və Kobudo Federasiyasının prezidenti VI-DAN qara kəmər sahibi B. Suşinski və BJKKF, AQOKKNF-nın prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyevin rəhbərliyi altında keçirilmişdir.

Yarışda 32 ölkə iştirak etmişdir.

Yarışda Kata və tərkisilah üzrə nəticə qazanmış idmançılar: gənclərdə qızlar üzrə Məmmədova Nərgiz-15-16 yaş kata 1- ci yer, kişilərdə Abdullayev Mail -kata 1-ci yer + 18 yaş , Hüseynov Pərviz Tərkisilah üzrə 1-ci yer + 18 yaş kata 3-cü yer, veteranlar üzrə Dadaşov Aydın kata 1-ci yer, Muxtarov Elçin 3-cü yer kata + 18 yaş.

Kumite döyüş üzrə - Süleymanov Kənan- (iriqumu-qo)-35 kq 3-cü yer- 12-14 yaş, Məmmədov Xanağa - 3(iriqumu-Cyuqo)-cü yer- 9-11 yaş, Bəylərov Təbriz (iriqumu-Cyuqo) +70kq 2-ci yer- 15-16 yaş, Əliyev Ağasaleh-(iriqumu-qo)50 kq 1-ci yer 15-16 yaş, Kişilər arası:Vidadi Xəlilov-(iriqumu-qo)-90 kq 1-ci yer + 18 yaş, Məmişov Emin - (iriqumu-qo)-85 1-ci yer +18 yaş, Rzazadə İbad -(iriqumu-Cyuqo)-70 kq 1-ci yer +18 yaş çəkisində idmançılar yer qazanmışdılar.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Millisi 22 nəfərlik heyətlə təmsil olunurdu. Xatırladaq ki dünya çempionatında qazanılan medalların sayına görə 1-ci yerə Azərbaycan komandası layiq görülmüşdür.

Boris Suşinski və Tarverdi Allahverdiyev yığıma komandamızın çıxışını yaxşı qiymətləndirib. İdarə heyətinin üzvü Vahid Əliyev və Əliqulu Abbasovun fikrinə görə uğurlu nəticəyə baxmayaraq qarşıdan gələn il Avropa və Dünya Çempionatlarında yığma komandanın heyətinddə dəyişikliklərin olması istisna deyil.

Xəbər 743 dəfə oxundu.