Flavinyu “Neftçi”yə qoşuldu
Antalya hazırlıqlarını başa vurmuş “Neftçi” sabahdan məşqlərini bərpa edəcək. İdman.com.az-ın “ağ-qaralar”ın rəsmi saytına istinadən məlumatına görə, Türkiyə təlimlərindən sonra 2 günlük istirahətə buraxılmış komandanın məşqi klubun bazasında baş tutacaq.

Ailə problemləri ilə əlaqədar Braziliyaya yollanmış Flavinyu da məşqdə iştirak edəcək.
Qeyd edək ki, “Neftçi” həftə sonu Unibank Premyer Liqanın XIX turu çərçivəsində növbəti oyununu keçirəcək. Onlar səfərdə “Bakı” klubu ilə qarşılaşacaqlar.

Xəbər 995 dəfə oxundu.