Stiven Cerrard "Liverpul"un heyətində məşqlərə qatılıb
Amerika Birləşmiş Ştatlarının MLS Liqasında çıxış edən “Los-Anceles Qalaksi” klubunun futbolçusu Stiven Cerrard "Liverpul"un bazasında baş məşqçi Yurgen Kloppun rəhbərliyi altında məşqlərə başlayıb.

35 yaşlı ingiltərəli futbolçu MLS-də mövsümlərarası fasilə olduğundan formasını itirməmək üçün “qırmızılar”la hazırlıq keçir.

Klubun baş məşqçisi Y.Klopp Cerrardın "Liverpul"a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Cerrard “Liverpul”un əfsanəsidir, amma müqaviləsi "Los-Anceles Qalaksi"yə aiddir. Ona dedim ki, istədiyi vaxt məşqlərimizdə iştirak edə bilər. Bizim qapılarımız həmişə onun üzünə açıqdı”, - deyə baş məşqçi qeyd edib.

Xəbər 650 dəfə oxundu.