Taekvondo üzrə VIII beynəlxalq “Elbrus kuboku” turniri başa çatıb
Nalçikdə taekvondo üzrə VIII beynəlxalq “Elbrus kuboku” turniri başa çatıb.

Nalçikdəki Universal İdman Kompleksində keçirilən yarışlarda Rusiyanın 12 regionundan 700 idmançı, habelə Azərbaycanı və başqa ölkələri təmsil edən komandalar iştirak edib.

Turnirin yekunlarına əsasən medalların sayına görə birinci yeri Rusiya komandası, ikinci yeri isə Azərbaycan yığması tutub.

Xəbər 817 dəfə oxundu.