“Bakı Şəhər Halqası” təmir işləri ilə bağlı açıqlama yayıb
Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” (Baku City Circuit) şirkəti gələn ilin iyununda keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin keçiriləcəyi mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Dekabrın 1-dən etibarən Xaqani küçəsinin Rəşid Behbudov prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin bu gün yekunlaşması nəzərdə tutulub. Paytaxt sakinlərinin hərəkətinə yaranan məhdudiyyəti azaltmaq üçün təmir işləri mərhələli şəkildə aparılır. Belə ki, Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi növbəti gün - dekabr ayının 2-də bir gün müddətinə bağlı qalacaq.

“Formula-1” standartına cavab verən yenilənmiş yollar Qran-pridən sonra paytaxt sürücülərinin istifadəsində olacaq.

Xəbər 657 dəfə oxundu.