Azərbaycan millisi şinkyokuşinkay karate üzrə Avropa çempionatında üç medal qazanıb
Polşanın Bıtom şəhərində 22 yaşadək idmançılar arasında şinkyokuşinkay karate üzrə Avropa çempionatında Azərbaycan millisi uğurla çıxış edib.

Yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Eltac Hümbətov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Emin İsmayıllı (65 kq) və Elpərəs Sayadov (70 kq) isə çempionatı üçüncü pillədə başa vurublar.

Milli komandamız turnirdə Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti, 5-ci dan qara kəmər ustası şıxan Allahverdi Rüstəmovun rəhbərliyi altında mübarizə aparıb.

Xəbər 815 dəfə oxundu.