Rioya növbəti lisenziyalar
ABŞ-ın Hyuston şəhərində ağırlıq qaldıranların dünya çempionatı başa çatıb. Corc Braun Konfrans Mərkəzinin yarış zalında keçirilən mübarizədə 115 ölkədən 737 idmançı (423 kişi, 314 qadın) iştirak edib. 8 kişi və 3 qadın atletlə mübarizə aparan Azərbaycan millisi Boyanka Kostova (58 kq, qızıl) və Valentin Xristovun (62 kq, bürünc) sayəsində 2 medal qazandı. Bu uğur nəticəsində komandamız Rio-2016-ya 4 vəsiqəyə sahib çıxıb.

Xəbər 710 dəfə oxundu.