“Neftçi” - “Qaradağ Lökbatan” oyununun biletləri bu gün satışa çıxarılıb
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Qaradağ Lökbatan” oyununun biletləri bu gün satışa çıxarılıb. Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Dekabrın 2-də “Bakcell Arena”da keçiriləcək və saat 18:00-da başlanacaq oyun üçün biletlərin qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN-dir.

Xəbər 611 dəfə oxundu.