“Bakı”nın voleybolçusu milli komandadan imtina etdi
Qadın voleybolçulardan ibarət “Bakı” klubunun hollandiyalı üzvü İnqrid Visser milli komandasından rəsmən imtina edib. İdman.com.az saytının məlumatına görə, orta sahə oyunçusu bununla bağlı Niderland Voleybol Federasiyasına məktub göndərib.

35 yaşlı Visserin belə addım atmasında əsas rolu yığmanın baş məşqçisi Avital Selinderin istefaya göndərilməsi də rol oynayıb. Beləliklə, “Bakı”nın aparıcı voleybolçusu may ayında Türkiyədə keçiriləcək Avropa Olimpiya Təsnifat mərhələsində millisinin şərəfini qorumayacaq.
Qeyd edək ki, 16 ildir Hollandiya yığmasında oynayan Visser 466 matçda “narıncı” formanı geyinib.

Xəbər 945 dəfə oxundu.